Sosial şəbəkələrdə dini mövzuda satirik post müəllifləri azadlıqdan məhrum ediləcək

Səudiyyə Ərəbistanında tətbiq edilən yeni qanuna görə, sosial şəbəkə istifadəçiləri dini mövzuda satirik postlara görə həbsxanaya düşə bilərlər.

Bu məlumat krallıq prokurorluğunun "Twitter" səhifəsində yerləşdirilən bəyanatında yer alıb.

Qeyd edilir ki, sosial şəbəkələr vasitəsilə dini dəyərləri lağa qoyan, ictimai asayişi və əxlaq normalarını pozan kontentlərin yaradılması və yayılması kibercinayət hesab ediləcək.

Sosial şəbəkələrdə müvafiq kontentin yayılmasında və "ictimai asayişi pozmaqda" təqsirkar hesab edilən şəxslər beş ilədək azadlıqdan məhrum edilə bilərlər. Bundan başqa, onlar 3 milyon rial (800 min dollar) məbləğində cərimə ödəməli olacaqlar.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31