“Taliban” hərbçilərə hücum etdi - 11 ölü
6 Sentyabr 2018 14:21 DünyaƏfqanıstanın şimal-qərbindəki Badgis əyalətində "Taliban" radikal hərəkatının silahlıları hərbçilərə hücum edib.
Hücum nəticəsində azı 11 hərbçi həlak olub.
Qeyd olunur ki, silahlılar gecə saatlarında nəzarət-buraxılış məntəqəsinə hücum edib. Hücumun qarşısını yalnız əlavə qüvvələr cəlb olunduqdan sonra almaq mümkün olub.
"Taliban" silahlılarının böyük itki verdikləri deyilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31