Almaniya: "Bütün bəlaların kökü budur"

Almaniyanın aparıcı partiyalarının reytinqinin düşməsinin əsas səbəbi miqrasiya problemidir.

Bunu Almaniya mətbuatına açıqlamasında Daxili İşlər naziri Horst Zexofer deyib.

"Miqrasiya məsələsi ölkədəki bütün siyasi problemlərin mənbəyidir. Bunu bütün sorğular sübut edir. Almanların bir çox sosial təhlükəni miqrasiya məsələsi ilə əlaqələndirirlər", - deyə o bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31