Paşinyan iddialarından geri çəkilir
6 Sentyabr 2018 13:35 Dünyaİnqilabçı baş nazir Armen Sərkisyanla bacara bilmədi
Deyəsən Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyan yavaş-yavaş ağıllanır. Hələlik bunu bütün məsələlər, istiqamətlər üzrə demək mümkün olmasa da, işğalçı ölkənin daxili siyasi həyatı və bundan sonrakı proseslərlə bağlı Paşinyanın verdiyi açıqlamalardan belə anlaşılır. Əgər son həftələrə qədər Nikol Paşinyan sabiq prezidenti Serj Sərkisyanın xələfi Armen Sərkisyanı da hakimiyyətdən uzaqlaşdırmağı və bütövlükdə Ermənistana nəzarəti ələ keçirməyi hədəfləmişdisə, indi artıq inqilabçı baş nazirin bu iddiasından geri çəkildiyi görünməkdədir. Hər halda Nikol Paşinyanın son müsahiəsi belə deməyə əsas verir. Belə ki, bu günlərdə kütləvi informasiya vasitələrinə müsahibə verən Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində cərəyan edən ictimai-siyasi proseslər, bundan sonra atılacaq addımlar, xüsusilə prezident Armen Sərkisyanın taleyi ilə bağlı məsələyə aydınlıq gətirib. İnqilabçı baş nazirin açıqlamalarından belə anlaşılıb ki, prezident Armen Sərkisyan baş Paşinyanın hədəfində deyil. Bununla da Paşinyanın Ermənistandakı bəzi siyasi proseslərə aydınlıq gətirdiyini deyə bilərik. Elə müstəqil ekspert Zeynal Əmralıyev də bu qənaətdədir. O, bildirib ki, Nikol Paşinyan Armen Sarkisyanla bağlı qeyri-müəyyənliyə son qoydu. Ekspertin sözlərinə görə, Ermənistan prezidentinin isdefaya göndəriləcəyi ilə bağlı iddiaları cavablandıran baş nazir Paşinyan prezidentin 7 illiyinə bu vəzifəyə seçildiyini və səlahiyyətlərini sonuna qədər icra edəcəyini açıqlayıb: "Bir müddətdir Nikol Paşinyana yaxın olan kütləvi informasiya vasitələri prezidentin istefa etməli olduğundan yazırdi. Səbəb kimi isə erməni prezidentinin hələ də İngiltərə vətəndaşı olması gösdərilirdi. Həqiqətən də tuttarlı əsasdır. Axı Ermənisan Konstutusiyası ikili vətandaşlığı olan şəxsə prezident olmağa imkan vermir. Qeyd edim ki, prezidentlikdən qabaq Ermənistanın Böyük Britaniyadakı səfiri olan Armen Sarkisyanın Londonda geniş biznesinin olması bilinən bir gərçəkdir. Gorünür, Armen Sarkisyan biznesi prezidentlikdən üsdün tutur. Mətbuat iddia edir ki, Nikol Paşinyan Armen Sarkisyanı prezidentlikdən devirərək bu vəzifəyə özünün müəllimi hesab etdiyi ölkənin ilk rəhbəri Levon Ter-Petrosyanı gətirəcək. Bunula bağı əvvəllər də bildirmişəm ki, Nikol Paşinyanla Armen Sarkisyan arasında ciddi siyasi mübarizə gedir. Nə qədər maraqlı olsa da təhlilər gösdərir ki, hazırda üsdünlük prezidentin tərəfindədir". Zeynal Əmralıyev deyib ki, Armen Sarkisyan son zamanlar erməni müxalifətinin birləşdirici fiquru kimi ortaya çıxır: "Nikol Paşinyan Qarabağa davamlı səfərlər edərək hər nə qədər separatçıların lideri Bako Saakyanın chr("39")chr("39")saqqızını oğurlamağachr("39")chr("39") cəhd gösdərsə də, hələlik baş nazirin cəhdləri puça çıxır. Anlaşılan, prezident Armen Sarkisyana chr("39")chr("39")xox gəlməkchr("39")chr("39") isdəyən baş nazir Nikol Paşinyan geri çəkilməli olub. Armen soyadları eyni olsa belə baş nazirə Serj Sərkisyan olmadığını gösdərə bilib". Ekspert onu da xüsusi qeyd edib ki, Armen Sarkisyanın Nikaol Paşinyana qarşı həmləsinin tutub-tutmayacağını zaman gösdərəcək: "Ancaq Nikol Paşinyanın prezident Armen Sarkisyana qarşı olan əks həmləsi alınmadı. Ən azından hələlik bu belə görünür".
Nikol Paşinyanın Armen Sərkisyanı hədəf almamasının digər əsas səbəblərindən biri kimi də inqilabçı baş nazirin beynəlxalq təzyiqlərlə üzləşəcəyi göstərilir. Hazırda mümkün reallıq ondan ibarətdir ki, sabiq diplomat, hazırda isə prezident olan Armen Sərkisyanın beynəlxalq aləmdəki nüfuzu, siyasi çəkisi, yertinqi Nikol Paşinyandan qat-qat üstündür. İşğalçı ölkənin Böyük Britaniyadakı səfiri vəzifəsini icra etdiyi müddətdə təkcə rəsmi Londonla deyil eləcə də bir sıra xarici ölkələr, hətta Birləşmiş Ştatlarla yaxın münasibətlər quran Armen Sərkisyanın Paşinyan tərəfindən hakimiyyətdən uzaqlaşdırılması adlarını qeyd etdiyimiz ölkələrin Ermənistana olan marağının azalması, həmin ölkələrin Ermənistanda olan sərmayələrinin geri çağrılmasına yol aça bilər. Axı Armen Sərkisyan həm də güclü biznes adamıdır və onun sayəsində bir çox Qərb, Avropa şirkətləri son illərdə Ermənistana sərmayə qoyub. İndi həmin sərmayələrin geri çəkilməsi onsuz da ağır iqtisadi durumda olan Ermənistan iqtisadiyyatı üçün acı nəticələr doğura bilər. Bu səbəbdən bütün bunları nəzərə alan Nikol Paşinyan hələlik start verdiyi yola prezident Armen Sərkisyanla davam deməyi düşünür. Təbii ki, bu da Paşinyanın Ermənistanda tam möhkəmlənməsinı qədər davam edəcək. Şübhə yoxdur ki, Nikol bir müddət sonra Armen Sərkisyanla da yollarını ayırsın. Axı Armen Sərkisyan məhz Paşinyanın devirdiyi Serj Sərkisyanın xələfidir.
Füzuli