Tramp Pentaqon rəhbərinin istefası xəbərini təkzib edib
6 Sentyabr 2018 12:48 DünyaABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisin vəzifəsini tərk edəcəyi barədə xəbəri təkzib edib.
Bu barədə ABŞ rəhbəri Ağ Evdə jurnalistlərə bildirib.
"Bəli, o, burda (öz vəzifəsində - red) qalır. Biz onunla çox xoşbəxtik. Bizim çoxlu qələbəmiz var", - deyə Ağ Ev rəhbəri jurnalistin Pentaqon rəhbərinin öz vəzifəsini tərk edib-etməyəcəyi barədə suala cavabında deyib.
Daha əvvəl "The Washington Post" qəzeti Mettisin yaxın aylarda istefaya gedəcəyini xəbər verib. Qəzet hətta Ağ Evdə onun vəzifəsinə namizədin müzakirə edildiyini də bildirib.
"Düşünürəm ki, o, əla insandır. O, nazir kimi işini fantastik görür", - deyə Tramp əlavə edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31