Kim Çen In Koreyanın nüvəsizləşdirilməsinə sadiqliyini bildirib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In bir daha Koreyanın nüvəsizləşdirilməsinə sadiqliyini bəyan edib.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, KXDR lideri belə bir bəyanatla Cənubi Koreyadan olan nümayəndə heyəti ilə görüşdə çıxış edib.

Qeyd edək ki, Cənubi Koreyanın nümayəndə heyəti Şimali Koreyaya səfə edib. Səfərdə məqsəd ölkələr arasında keçiriləcək üçüncü sammitin təşkilinə hazırlıqdır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31