İŞİD Kabildəki terror aktına görə məsuliyyəti üzərinə götürüb
6 Sentyabr 2018 12:34 DünyaİŞİD terror qruplaşması çərşənbə günü Əfqanıstanın paytaxtı Kabilin qərbində törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Bu barədə Əfqanıstan mediası məlumat yayıb.
Qeyd edək ki, ötən gün Daşt-e-Barçi rayonunda, Kala-e-Nazir kvartalındakı idman klubunda keçirilən yarış zamanı terrorçu kamkadze partlayıcı qurğunu işə salıb. Bundan sonra klubun yaxınlığında, jurnalistlərin və polis əməkdaşlarının toplaşdığı yerdə minalanmış avtomobil partladılıb.
Partlayışlar nəticəsində 20-dən çox insan, o cümlədən "Tolo News" telakanalının əməkdaşı Samim Faramaz həlak olub, habelə 70-dən çox insan yaralanıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31