Kremldən İrəvana mesaj: Çoxlu problem yaranıb

Rusiya tərəfi Prezident Vladimir Putinlə Baş nazir Nikol Paşinyanın görüşündə açıq və ciddi danışığın aparılacağını gözləyir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Münasibətlərimizdə çoxlu məsələ toplanaraq qalıb. Rusiya bütün məsələlərdə açıq danışığın aparılmasını gözləyir", - deyə o bildirib.

Qeyd edək ki, Paşinyan Putinlə sentyabrın 8-də görüşəcək.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31