Şok qərar: Bundan sonra dinlə zarafat edənlər...

Səudiyyə Ərəbistanında dini mövzuda zarafatların edilməsi qadağan olunub.

Bu barədə bəyanatı öz Tvitter səhifəsində Səudiyyə Ərəbistanı Prokurorluğu yayıb.

Prokurorluq bu tip zarafatlar edən şəxsləri 5 il həbs cəzası gözlədiyini bildirib. Belə ki, sosial şəbəkələrdə dini dəyərlər və mənəvi normaların gülüş obyektinə çevrilməsinə bundan sonra kibercinayətkarlıq kimi yanaşılacağı vurğulanıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31