İran Avropaya iki ay vaxt verdi və hədələdi
6 Sentyabr 2018 11:41 DünyaAvropa İranla nüvə sazişinin qorunması üçün noyabrın 4-dək lazımi tədbirlər görməlidir.
Bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib.
Onun sözlərinə görə, əgər ABŞ sanksiyaların bərpa olunmasından sonra Avropa İranla sazişin qorunması üçün zəruri addımlar atmasa, İranın bu sazişdə iştirakının mənası qalmır:
"Əgər İran noyabrın 4-dən sonra neft ixrac edə biləcəksə, nüvə sazişindən çıxmayacaq".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31