İtaliyada polis əməkdaşlarına elektroşok silahları verilib

İtaliyada polis əməkdaşlarına elektroşok silahları verilib.

Bu gündən başlayaraq ölkənin 12 şəhərində polis əməkdaşları bu silahlarla patrul xidmətini həyata keçirəcək.

Qeyd olunur ki, elektroşok silahları əməkdaşlara bir müddət kurs keçdikdən sonra verilir.

Hələlik, bu cür silahlar İtaliyanın iri şəhərlərində - Milan, Neapol, Turin, Genuya, Florensiya və digər şəhərlərdə istifadə olunacaq.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31