Çexiyada şəxsi vertolyot qəzaya uğrayıb

Çexiyada şəxsi vertolyot qəzaya uğrayıb.

Hadisə ölkənin qərbində, Plzen şəhərində baş verib.

Ölkənin Yanğın Mühafizəsi İdarəsi nümayəndəsinin sözlərinə görə, vertolyot Plzendə alçaqdan uçan zaman manevrdən sonra gözlənilmədən havada çevrilib və şəhərin cənubundakı sexlərdən birinin üstünə düşüb.

Hadisə zamanı vertolyotda olan şəxslərdən ikisi qəza yerindəcə həlak olub. Vertolyotdakı daha iki nəfər isə ağır xəsarət alıblar.

"Həkimlərin hadisə yerinə operativ gəlmələrinə baxmayaraq, tibbi yardımın onlara köməyi olmayıb, yaralılar ölüblər", - bildirilib.

Ölənlərdən üçü kişi, biri isə qadındır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31