Yaponiyada zəlzələ zamanı 110 nəfər xəsarət alıb: itkin düşənlər var
6 Sentyabr 2018 11:25 DünyaYaponiya polisinin və yanğından mühafizə xidmətinin məlumatına görə, Hokkaydo adasında baş verən 6,7 ballıq zəlzələ zamanı 110 nəfər xəsarət alıb, 19 nəfər insan itkin düşmüş sayılır.
Atsuma qəsəbəsində torpaq sürüşməsi baş verib. 19 nəfərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Tomakomay şəhərində xəsarət alan bir nəfər kritik vəziyyətdədir.
Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb.
Xatırladaq ki, çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31