Kiyevdə mülki təyyarə qəzaya uğradı - Yaralılar var

Kiyevdə mülkü təyyarə qəzaya uğrayıb. Qəza ilə bağlı Ukrayna Milli Polisinin Kiyev İdarəsinin mətbuat xidməti xəbər verib.

Məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Mülki təyyarənin özəl şirkətə məxsus olduğu bildirilir. Qəzanın başvermə səbəbi məlum deyil.

Araşdırma başlayıb, polis hadisə şahidlərini dindirir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31