Ermənistan AES-də yoxlama aparılacaq
5 Sentyabr 2018 17:52 DünyaErmənistan Dövlət Nəzarət Xidməti ali təhsil, energetika müəssisələrində, Atom Elektrik Stansiyasında (AES) yoxlama aparacaq.
Bunu sentyabrın 5-də xidmətin başçısı David Sanasaryan bildirib.
Onun sözlərinə görə, Ermənistan Aqrar Universitetində aparılan ilkin yoxlama nəticəsində çoxsaylı pozuntular aşkarlanıb: "Əmək haqlarının verilməsində pozuntular, dövlət vəsaitinin məqsədsiz sərf edilməsi aşkarlanıb, Aqrar Universitetin və heyvandarlıq təsərrüfatında vəziyyəti qaneedici deyil".
O, yoxlamaların davam etdiyini bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31