Vyetnamda daşqınlar və torpaq sürüşmələri 15 nəfəri öldürdü
5 Sentyabr 2018 17:49 DünyaVyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 15 nəfər həlak olub.
Ölkənin şimal və mərkəzi əyalətlərində güclü yağıntı sürüşmələrə səbəb olub.
Təbii fəlakət nəticəsində daha 5 nəfər itkin düşmüş hesab edilir.
Bundan başqa, 382 tikili tamamilə dağılıb, beş min hektardan çox əkin sahəsi və çoxlu ev heyvanı məhv olub.
Qeyd edək ki, Vyetnamda bu ilin əvvəlindən təbii fəlakətlər nəticəsində 153 nəfər həlak olub.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31