Serenay Sarıkaya təklifə "hə" dedi

Rol aldığı "Fi" serialı başa çatan aktrisa Serenay Sarıkayanın yeni mövsümdə rol alacağı ekran işi bəlli olub. 
 

O, "Acıların kadını" olaraq tanınan Bergenin həyatından bəhs edəcək filmdə çəkiləcək. 

Sarıkaya bu mövsüm efirlərə yox, kinoteatrlara çıxacaq. Üzü sevgilisi tərəfindən yandırılmış, 30 yaşında öldürülmüş Bergenin həyat hekayəsi Sarıkayanın xoşuna gəlib. 

Aktrisa yeni obrazı üçün çox həyəcanlı olduğunu deyib. Yaxın günlərdə Sarıkaya müqavilə imzalayacaq.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31