Koçaryanın pasportu əlindən alındı

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın şəxsiyyət vəsiqəsi əlindən alınıb. Bu barədə Koçaryanın vəkili Aram Orbelyan jurnalistlərə bildirərək buna etiraz edib.

Onun sözlərinə görə bu addım istintaq tərəfindən ikinci prezidentin ölkəni tərk etməməsi üçün atılıb.

Orbelyan buna etiraz edərək bunun qanunsuz olduğunu bildirib.

"Ombudsman bu barədə Konstitusiya məhkəməsinə müraciət edib. O, da ittiham olunan şəxsin vəsiqəsinin sənədi hazırlayan orqanın nümayəndələrində ola bilməyəcəyi qərarına gəlib. Düşünmürəm ki, ilkin istintaq orqanı bu barədə bilmir" - vəkil qeyd edib.

Qeyd edək ki, Robert Koçaryan ölkədə konstitusiya quruluşunu devirməkdə ittiham edilir. O, əvvəlcə həbs edilib sonra isə apelyasiya məhkəməsinin qərarı ilə onun toxunulmazlığı əsas gətirilərək azad edilib.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31