İkili vətəndaşlıqla bağlı referendum Litvaya 2 milyon avroya başa gələ bilər
5 Sentyabr 2018 17:00 DünyaLitvada gələn il keçiriləcəyi planlaşdırılan ikili vətəndaşlıqla bağlı referendum ölkəyə təxminən 2 milyon avroya başa gələ bilər. Bu barədə Litvanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Laura Matyoşaytite bildirib. MSK rəhbəri parlamentin ikili vətəndaşlıqla bağlı referenduma hazırlıq üzrə işçi qrupunun iclasında deyib: "Bu, seçkilərin təşkili xərclərinə əlavə ediləcək bir neçə milyon avroya yaxın vəsait ola bilər".
MSK sədri bu vəsaitin seçki komissiyası üzvlərinin əməkhaqlarının ödənilməsi, bülletenlərin çap edilməsi və məlumatlılığın artırılması kampaniyası üçün zəruri olacağını bildirib. O, daha dəqiq rəqəmləri növbəti həftə elan edəcəyini deyib.
Referendum gələn il prezident seçkiləri ilə eyni dövrdə keçirilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31