“British Airways” İran və Yaxın Şərq ölkələrinə uçuşları dayandırır
5 Sentyabr 2018 16:57 DünyaBritaniya hava yolları ("British Airways") ABŞ-ın sanksiyaları tətbiq edildikdən sonra İran və Yaxın Şərq ölkələrinə uçuşları dayandırmağa qərar verib.
Britaniya hava yolları marşrut artıq "kommersiya məqsədli deyil" deyərək gələn aydan İrana uçuşlarını dayandıracaq.
Bildirilib ki, sonuncu aviareys sentyabrın 22-də Londondan Tehrana baş tutacaq və bundan sonra uçuşlar dayandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31