Ermənistanda polis turisti döydü - Video
5 Sentyabr 2018 16:43 DünyaErmənistanın paytaxtı Yerevanda polis əməkdaşları ukraynalı iki musiqiçini saxlayıb.
Polisin hərəkəti sosial şəbəkədə böyük rezonans doğurub.
İnternetdə yayımlanan videodan görünür ki, polis turistlərə qarşı güc tətbiq edib.
Ukraynalı turistlər rus dilində polislərə səslənib:
"Mən heç nə etməmişəm, onlardan soruşun. Qanunlara hörmət edirəm".
Sosial şəbəkələrdə erməni polisin köhnə ənənələrinə geri dönməsi ilə bağlı fikirlər səsləndirilib.
/Oxu.az/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31