Ermənistanın keçmiş diaspor naziri məsuliyyətə cəlb ediləcək

Ermənistanın keçmiş diaspor naziri Qranuş Akopyan hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edəcək.

Bunu dövlət nəzarət xidmətinin başçısı David Sanasaryan sentyabrın 5-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Vətən-Diaspor" qeyri-komersiya təşkilatında yoxlama aparılan zamanı 206,7 min dollarlıq pozuntu aşkarlanıb: "Teleşirkətlərdən birinə film çəkilişi ilə əlaqədar 52 min dollar məbləğində maliyyə vəsaiti xərclənib. Ancaq əslində həmin film ictimai televiziyanın daxili imkanları hesabına çəkilib. Bununla da dövlət büdəcindən həmin film üçün iki dəfə maliyyə vəsaiti köçürülüb. Hesab edirəm ki, keçmiş diaspor naziri bu pozuntulara görə hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir".

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31