Levinski yəhudi jurnalistlə müsahibəni yarımçıq qoydu — Klintonla seks qalmaqalı sualına görə

Monika Levinski TV kanallarının birində ABŞ-ın keçmiş prezidenti Bill Klintonla seks qalmaqalı sualından sonra müsahibəni yarımçıq tərk edib.

Bu barədə CBS News məlumat yayıb. Bildirilir ki, o, məşhur yəhudi aparıcı Yonit Levi ilə söhbətləşib. Jurnalist Ağ Evin keçmiş əməkdaşından Klintonun ondan üzr istəyib-istəmədiyini soruşub. Xatırladıb ki, siyasətçi iyunda Levinskidən üzr istəmək niyyətində olmadığını açıqlayıb. Bu sualdan sonra o, söhbəti davam etdirmək istəməyib və səhnəni tərk edib.

O daha sonra tvitterdə Leviyə əvvəlcədən xəbərdarlıq etdiyini yazıb və Klintonla bağlı suallara cavab verməyəcəyini deyib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31