ABŞ-dan Fələstin açıqlaması: "Artıq zamanı yetişib"

Fələstin rəhbəri Mahmud Abbasa təzyiq göstərmək lazımdır.

Bunu ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli deyib.

Onun sözlərinə görə, ABŞ-ın Fələstin böhranı ilə bağlı hazırladığı sülh planının müəllifləri Trampın müşavirləri olan Cared Kuşner və Ceyson Qrinblatdır. O bu planda fələstinlilər və israillilərin maraqlarının nəzərə alındığını söyləyib.

Heyli həmçinin dünyanı Fələstin lideri Mahmud Abbasa təzyiq göstərməyə çağırıb:

"Fələstin xalqının maraqları üçün biz gərək Abbasa təzyiq göstərək və deyək ki, artıq zaman yetişib. Fələstinlilər üçün yaxşı həyatın vaxtı çatıb".

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31