Pompeo eks-səfiri yenidən Əfqanıstana qaytardı

ABŞ-ın Kabildəki keçmiş səfiri Zalmay Xəlilzad ABŞ Dövlət Departamentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin edilib.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Qeyd edək ki, Xəlilzad Corc Buşun prezidentliyi dönəmində ABŞ-ın Kabildəki səfiri olub. Bundan sonrakı dövrlərdə o, İraqda da səfir kimi fəaliyyətini davam etdirib.

Bundan öncə Pompeo Brayan Huku İran üzrə, Ceyms Cefrini Suriya üzrə, Stiven Biqunanı Şimali Koreya üzrə xüsusi nümayəndə təyin edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31