Rusların spirtli içkilərə marağı kəskin azalıb
5 Sentyabr 2018 14:30 DünyaSon 12 ildə Rusiyada spirtli içkilərə olan təlabat 40% azalıb.
Bunu sözügedən bazarın tənzimlənməsi üzrə Federal Xidmətin rəhbəri İqor Aleşin bildirib.
Bundan başqa, onun sözlərinə görə, rəhbərlik etdiyi qurum səlahiyyətləri çərçivəsində spirtli içki bazarının strukturunu dəyişmək və istehlakı azaltmaq üçün müəyyən alətlərdən istifadə edir, qanunsuz məhsul istehsalına və satışına qarşı mübarizə aparır, müəyyən edilmiş minimal qiymətlərə, məhsulların keyfiyyəti ilə bağlı olan dövlət standartlarına və texniki şərtlərə riayət edilməsinə nəzarət edir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31