Cavad Zərif: "ABŞ kənarda dursun"

İranın xarici işlər naziri Cavad Zərif Suriyanın İdlib şəhərində başlayan hərbi əməliyyatlar barədə açıqlama verib.

Zərif İdlibdə mülki əhaliyə ən az zərəri verməklə terrorçuları şəhərdən çıxarmağa çalışdıqlarını deyib və əlavə edib:

"ABŞ bu məsələdə kənarda durmalı və heç bir ölkə Suriyadakı vəziyyətdən öz daxili mənfəətləri üçün istifadə etməməlidir".

Qeyd edək ki, Rusiya, İran və Suriya ABŞ-ın etirazlarına baxmayaraq müxaliflərin əlində qalan son ərazi olan İdlibdə əməliyyatlara başlayıb.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31