Balığa saxta göz taxdılar - Video

Küveytdə bir balıqçı balığın təzə görünməsi üçün ona saxta göz taxıb.

Məsələnin üstü açıldıqdan sonra Küveyt Ticarət Nazirliyinə məlumat verilib.

Araşdırmalardan sonra balıq mağazası bağlanılıb. Həmçinin yeni balıq mövsümündə balıq alıcılarına da diqqətli olmaları üçün xəbərdarlıq verilib.

Saxta göz taxılan balığın fotosu sosial mediada paylaşılıb və qısa zamanda bütün dünyada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31