Məşhur ailənin hoteli boşaldıldı - Borcları var

Türkiyəli aktrisa Hülya Koçyiğitin qızı və kürəkəni Gülşah - Ender cütlüyünün idarə etdiyi Alkoçlar Adakule Hoteli boşaldılıb.

Quşadasında yerləşən hoteli icarə əsasında işlədən ailə ödənişləri obyekt sahibinə ödəməyiblər.

Bu səbəbdən də mülk sahibi Şefik Yaman polisə şikayət edib. Şikayət araşdırılıb və hotel haqqında müsadirə qərarı çıxarılıb.

700-ə yaxın müştəri hoteldən çıxarılaraq yaxınlıqdakı digər hotellərə yerləşdiriliblər.

Görüntü çəkmək istəyən jurnalistlərlə hotel mühafizəçiləri arasında gərginlik də yaşanıb. Polislər əraziyə heç kimi yaxınlaşdırmayıblar.

"Qafqazinfo"


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31