"Toyota" 1 milyondan çox avtomobili geri çağırıb
5 Sentyabr 2018 13:58 DünyaYaponiyanın "Toyota" şirkəti 1 milyondan çox avtomobili geri çağırıb.Trend-in məlumatına görə, bu qərar avtomobillərdə mühərrik naqillərinin tüstülənməsi və mümkün yanğın riskləri ilə bağlıdır.Şirkətin yaydığı məlumatda qeyd olunur ki, 1,03 milyon avtomobil, o cümlədən Yaponiyada 554 min, ABŞ-da 192 min "Prius" və C-HR modelləri geri çağırılır.Geri çağırılma bu ilin may ayınadək istehsal olunan avtomobillərə şamil olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31