Ermənistanın keçmiş polis rəisini də tuturlar - özü də dələduzluq üstə

Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyana qarşı cinayət işi qaldırılıb.Musavat.com xəbər verir ki, bu barədə Qasparyanın vəkili Tiqran Atanesyan erməni mətbuatına bildirib. Onun fikrincə, Xüsusi İstintaq Xidmətinin Qasparyanı cinayət məsuliyyətinə cəlb etmək üçün əsası olmayıb.Qeyd edəki ki, Qasparyan Hetq.am saytında cəmi 200 min dolara 3 milyon dollarlıq malikanənin sahibi olduğu barədə çıxan məqalədən sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb."Əminliklə sizə deyə bilərəm ki, Vladimir Qasparyan heç kimdən zorla mülkiyyət almayıb. Həmin evi onun dostu əldə edib və buna görə 2 milyon dollardan çox pul ödəyib. Sadəcə olaraq evin keçmiş sahibləri öz aralarındakı pul problemlərini Qasparyanın adını qarışdırmaqla həll etməyə çalışıblar",- vəkil deyib.Onun sözlərinə görə, həmin adamların inqilabla da heç bir əlaqələri yoxdur.Onu da qeyd edək ki, Vladimir Qasparyan Köçəryan-Sərkisyan rejiminin ən mürtəce fiqurlarından biri sayılıb.1997-2010-cu illərdə bu adam Ermənistan hərbi polisinin rəisi olub.2010-2011-ci ildə Qasparyan müdafiə nazirinin müavini, 2011-ci lildə isə ölkə polisinin rəisi vəzifəsinə təyin olunub. Onun 21 il ərzində törətdiyi korrupsiya əməlləri, kriminal avtoritetlərlə əlaqələri, yığdığı külli miqdarda sərvət Ermənistanda dillər əzbəri olub.Qasparyanın taladığı pulların bir yarısını qardaşı Karen Qasparyanın adına yatırdığı da bilinir.Keçmiş polis rəisinə qarşı "külli miqdarda zərər vurmaqla dələduzluq" və "vəzifədən sui-istifadə etməklə rəsmi səlahiyyətlərini aşmaq" cinayətlərini ehtiva edən 178 və 309-cu maddələrlə ittiham irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31