Yaponiyada 1,2 milyondan artıq insan elektrik enerjisiz qalıb

Yaponiyanın Osaka, Qifu, Mie və Ayti prefekturalarında 1,2 milyon artıq insan elektrik enerjisiz qalıb.

Buna səbəb "Cebi" tayfunu olub. Tayfundan sonra ölkənin bu ərazilərində 32 dərəcə isti müşahidə olub və sakinlər elektrik enerjisinin olmadığından kondisionerdən istifadə edə bilmirlər.

Kioto prefekturasında yeganə avtomobil yolunun tayfun nəticəsində yarasız vəziyyətə gəlməsi səsəbində 160 məktəbli düşərgədə qalıb. Osaka prefekturasında 2 min işıqfor işləmir, bu isə öz növbəsində yol qəzasının baş vermə ehtimalını artırır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31