Potidə partlayış olub: ölən və yaralılar var

Gürcüstanın Poti liman şəhərində partlayış olub.

Hadisə bu gün səhər saatlarında baş verib.

Qumbaranın partlaması nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri həmin vaxt yaxınlıqdan keçən yeniyetmədir.

Faktla bağlı cinayət işi açılıb.

Təfərrüatlar barədə məlumat verilmir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31