Türkiyəyə qarşı plan: Afina bazalarını ABŞ-a verir

Yunanıstan ABŞ-ın ölkədəki hərbi bazalara giriş imkanlarını artıracaq.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib. O, Yunanıstanın Baş Qərargah rəisi Yevanqelos Apostolakisin bu barədə ABŞ-a təklif irəli sürdüyünü bildirib.

Onun sözlərinə görə, Yunanıstanın etdiyi bu təklif ABŞ-a Liviya və Suriyada, eləcə də Şərqi Aralıq dənizində əməliyyatlar keçirmək üçün geniş imkanlar yaradır.

Qeyd edək ki, ABŞ-ın Türkiyə ilə yaşadığı gərginlik səbəbindən Yunanıstanda hərbi baza açmaq istəyi haqda bir müddət öncə xəbər yayılmışdı.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31