Ukrayna türk helikopterlərini təmir edəcək

Ukrayna Türkiyənin jandarma qüvvələrinin 17 ədəd Mi-17 helikopterinin təmiri və modernizasiyası üçün 40 milyon dollar dəyərindəki tenderin qalibi olub.

Bu barədə Ukraynanın Daxili İşlər naziri Arsen Avakov deyib.

Nazirin sözlərinə görə, layihəni "Motor-Siç" şirkəti və "Konotop" təmir zavodu həyata keçirəcək.

"Aviasiya vasitələrinin təmirində unikal təcrübəmiz var. Türkiyə ilə əməkdaşlıq bizim strategiyamızdır", - Avakov bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31