"Toyota" 1 milyondan çox avtomobili geri çağırıb
5 Sentyabr 2018 12:39 DünyaYaponiyanın "Toyota" şirkəti 1 milyondan çox avtomobili geri çağırıb.
Bu qərar avtomobillərdə mühərrik naqillərinin tüstülənməsi və mümkün yanğın riskləri ilə bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, 1,03 milyon avtomobil, o cümlədən Yaponiyada 554 min, ABŞ-da 192 min "Prius" və C-HR modelləri geri çağırılır.
Geri çağırılma bu ilin may ayınadək istehsal olunan avtomobillərə şamil olunur.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31