Rusiya-Qərb qarşıdurması yeni mərhələdə

Moskva Ankara və Tehranla Qərbə qarşı müvazinət təşkil edə biləcəkmi?

Dünya siyasi qütbləri arasında qarşıdurma son həddə çatıb. Hər qütb öz məkanı-istehkamında möhkəmlənir, yaxın müttəfiqlər bir daha danışır, daha sıx yaxınlaşırlar. Dünya bölgüsünün növbəti mərhələsində mövqelərin aydınlaşması gedir,. Nisbətlər, mövqelər, məqsədlər, strateji planlara görə fərqlər nədir, Qərb və Rusiya savaşında birinci həqiqətən də çox güclü görünür.

Dünyanın iki güc mərkəzi arasında gedən mübarizəyə diqqət çəkən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyir ki, Qərb xüsusilə iqtisadi sahədə Rusiyaya qarşı hərtərəfli hücumdadır: "Qərb hər saat, hər imkanda Rusiya məkan-səltənətini sökməyə və kiçildib, Moskvanın əhətə-təsir dairəsini azaldıb sıxışdırmağa çalışır. Son illərdə, Rusiyanın vacib tarixi müttəfiqi, qan qardaşı Ukrayna əldən çıxdı. Cəmi 15 faiz Krım-Donbass Rusiyada qaldı. O da qeyri-rəsmi.. Gürcüstan da birdəfəlik Moskvanın əlindən çıxarılıb. Son həmlədə isə, dünya erməniləri diasporu ilə gizli plan üzrə, Ermənistan xalqını oyatma, demokratik qüvvələrə böyük, hərtərəfli dəstək verməklə bu ölkəni Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırlar. Rusiya mövqeli siyasilərin və Sərkisyanın özünün də ələ alınması ilə bu mümkün oldu. Beləliklə, Qərb Qafqazın 3 ölkəsindən ikisini demək olar ki, Rusiyanın əlindən cıxarda bildi. Qalır Avropa tərəfdəki qonşu Belarus. Bu ölkə də Rusiyaya qarşı kinli-rəqabətlidir, bütün slavyanlar kimi. Sərqdəki qonşu, müttəfiqi Qazaxstanın rəhbəri Nursultan  Nazarbayev də təcrübəli, siyasi çəkili rəhbər olmaqla, daim Avropa, Qərblə oynayır. Bu halda, Kreml yaxın müttəfiq axtarışındadır və  təbii ki, başqa kurs götürməlidir". İlqar Altay hesab edir ki. indiki halda Rusiya üçün yaxın müttəfiq Qərblə barışmaz düşmən ya qarşıdurmada olan İran və Türkiyə ola bilər. Bu ölkələr strateji və geosiyasi cəhətdən Rusiya üçün əlverişli qonşuluqda yerləşməklə, bütün cənub regionunu əhatə etmək və Qərbin də cənub tərəfdən hərbi, siyasi və s. basqısına qarşı müdafiə üçbucağı qura bilmə şansı yardır. Bu səbəbdən də, Helsinkidə Putin-Tramp, yaxįn günlərdə Putin-Merkel, Cenevrədə ABŞ-Rusiya dövlət təhlükəsizlik məsələsi ūzrə məsullarının görüşlərinin nəticəsizliyi Moskvanı təcili həmin Rusiya-Türkiyə-İran üçlüyünü qurmağa yönəltdi. Bu qurum da çox yəqin ki, xeyli müddət üçün Qərblə qarşıdurmada güclü balans faktorudur. Və sentyabrın 7-də Tehranda üc ölkə liderinin təcili görüşü təyin edilib. Diqqətə çatdırım ki, bu görüş ilkin razılaşmaya əsasən İranın Şərqi Azərbaycan Ostanın paytaxtı Təbrizdə keçiriməli idi. Son anda İran rəhbərliyi fikrini dəyişərək təkidlə görüşün Tehranda keçirilməsinə nail olub". İlqar Altay deyir ki, üçtərəfli görüşün Təbrizdə keçirilməsi bütün Azərbaycan türkləri üçün böyük, siyasi dividentli hadisə ola bilərdi. Mərkəz rəhbəri onu da diqqətə çatdırıb ki, Qərb Qafqaz üzrə siyasətində bütün ictimai, siyasi, maddi-iqtisadi və ideoloji, kəşfiyyat gücünü Gürcüstan və Ermənistanın Rusiya təsirindən çıxmasına, bu ölkələrdə azad, demokratik cəmiyyət qurula bilməsinə yönəldib: "Yeri gəlmişkən Qərbin buna imkanı varmı? Var.Ukrayna inqlabına ABŞ-ın elə yalnız, tək maddi yardımı 5 milyard dollar həcmində olub.. Gürcüstana yardımı inqlabdan sonra meydana cıxdı. "Barjomi" suyundan başqa hec bir məhsulu olmayan, o zamanlar kasıblıq içindəki ölkədə indi vəziyyət normaldır. Ermənistan hansı pulla normal sabitliklə yaşayır? Maaşları heç də az deyil və Qarabagı tikib-qurur, cənnət edir. Bəli, Qərb hətta bütün postsovet məkanınımaddi və s. baxımından alıb saxlama imkanındadır".

İlqar Altay deyib ki, biz bu gün öz müvazinətimizi və özümüzü, xalqımızı, dövlətimizi qorumaqla həyata davam etməliyik: "Rusiya ilə müvəqqəti da olsa, neytrallığı pozub, məcburi yaxınlaşmadan istifadə etməklə, iqtisadiyyatı, ordunu, ümumxalq mübariz ruhumuzu tamam möhkəmləndirib Qarabagımızı geri qaytarmaq. Bu dövrdə xalqın birliyi, həmrəyliyinə nail olaq, sağlam təfəkkürə və sivil inkişafa mane olan ictimai nöqsanlarımızı aradan qaldıraq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31