ABŞ-dan Əsədə: "Bunu etsən, bombalayacağıq!"

Bəyan etmək istəyirik ki, sərt mövqeyimiz həmişəki kimi dəyişilməzdir. Əgər Bəşər Əsəd rejimi yenidən kimyəvi silah tətbiq edərsə, ABŞ və müttəfiqləri tez bir zamanda və əhatəli şəkildə adekvat cavab verəcək.

Bu sözləri Ağ Evin sözçüsü Sara Sanders deyib.

O bildirib ki, ölkəsi İdlib ətrafındakı vəziyyəti diqqətli izləyir.

Qeyd edək ki, Suriya ordusunun yaxın zamanda İdlibə hücuma keçəcəyi ilə bağlı məlumatlar gündəmdədir. Rusiya qırıcıları isə bu gün artıq idlibi bombardman edib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31