Rusiyadan İsrailə ağır ittiham: Terrorçuların əlinə oynayırlar

Rusiya bütün səviyyələrdə İsraildən Suriyanı bombardman etməyi dayandırmağı tələb etməlidir.

Bu fikirləri Rusiya Dövlət Dumasının nümayəndəsi Aleksey Çepa səsləndirib.

"Bu, qəbuledilməzdir. İsraildən ən sərt şəkildə Suriya hökumət qüvvələrinə qarşı bu mütəmadi hücumların dayandırılmasını tələb etməliyik. Belə hücumlar terrorizmlə mübarizəyə zərər vurur. Bu gün Suriya ordusuna qarşı istənilən hücum terrorçularına əlinə oynayır", - deyə Çepa bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31