Rus nazir təsdiqlədi: "Türkiyə ilə ticarətdə dollardan imtina..."
5 Sentyabr 2018 11:09 DünyaRusiya avtomobil istehsalçıları Türkiyə ilə ticarəti yaxın vaxtda milli valyuta ilə aparacaq.
Bu barədə yayılan məlumatı Rusiya Sənaye və Ticarət naziri Denis Manturov təsdiqləyib.
"Rusiya ilə Türkiyə arasında ticarət lirə və rubl ilə həyata keçiriləcək. Bir ay əvvəl türkiyəli həmkarlarımızla görüşdük. İstehsalçılar yaxın gələcəkdə bu cür ticarətə keçməyə hazırlaşır", - Manturov söyləyib.
Qeyd edək ki, Türkiyə mediası Rusiya şirkətlərinin Türkiyə ilə avtomobillərin ehtiyat hissə ticarəti zamanı dollar əvəzinə milli valyutalardan istifadə edəcəkləri haqda ötən gün xəbər yaymışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31