Makkeynin yerini kimin tutacağı bilindi
5 Sentyabr 2018 11:03 DünyaABŞ Senatında Con Makkeynin yerini Arizonadan olan keçmiş respublikaçı senator Con Kayl tutacaq.
Bu barədə informasiyanı "Arizona Ripablik" qəzeti yayıb. Məlumata görə, Arizona qubernatoru Daq Dyusi Con Kaylın namizədliyi ilə bağlı Makkeynin ailəsini məlumatlandıracağını bildirib.
Kayl 2019-cu ilin sonuna qədər bu vəzifəni tutmağa razılıq verib.
Qeyd edək ki, bir müddət əvvəl Arizona ştatının senatoru vəzifəsini mərhum Con Makkeynin arvadı Sindi Makkeynin tuta biləcəyi də bildirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31