Azərbaycan, Ukrayna, Türkiyə və Gürcüstan mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əlaqə qrupu yaradır

Ukrayna Milli Polisi sədrinin birinci müavini Vyvçeslav Abroskin və Türkiyə Milli Polisinin sədri Cəlal Uzulkay arasında keçirilən görüşdə digər ölkələrlə "qanuni oğrular"la mübarizə üçün dövlətlərarası əlaqə qrupunun yaradılması barədə razılıq əldə olunub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Əlaqə qrupu (mütəşəkkil cinayətkarlıqla mübarizə üçün - REPORT) dörd ölkə arasında - Ukrayna-Türkiyə-Azərbaycan-Gürcüstan arasında yaradılacaq", - deyə çərşənbə axşamı İdarənin saytına yerləşdirilən məlumatda qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31