Rusiyalı jurnalistlər Gürcüstana buraxılmadı
4 Sentyabr 2018 18:42 Dünya"KİV-in regionda etimadın möhkəmləndirilməsində rolu" Cənubi Qafqaz beynəlxalq mediaforumunda iştirak etmək üçün Gürcüstana gəlmək istəyən üç rusiyalı jurnalist bu ölkəyə buraxılmayıb.
Həmin şəxslər NTV telekanalının jurnalisti Aleksandr Tokaryev, TASS agentliyinin hərbi müxbiriViktor Litovkin və Rusiya cəmiyyətinin tədqiqatçıları beynəlxalq assosiasiyasının prezidenti Qennadiy Bordyuqov olub.
Forum təşkilatçıları bildiriblər ki, Tbilisi aeroportunda sərhədçilər rusiyalılara onların Gürcüstana girişinin qadağan edildiyini deyib.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, rusiyalılar "işğal olunmuş ərazilər haqqında" qanunu pozduğu üçün ölkəyə buraxılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31