Türkiyə XİN başçısı ilə ABŞ-ın dövlət katibi arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub.

Təşəbbüs Maykl Pompeodan gəlib.

Tərəflər arasında Suriyadakı vəziyyətin müzakirə edildiyi ehtimal olunur.

Qeyd edək ki, ABŞ-ın Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə səfər edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31