Liviyanın paytaxtı Tripolidə, ABŞ səfirliyinin yaxınlığında yanğın baş verib.
Yanğına səbəb Tripolidə bir neçə gündür davan toqquşmalar olub. Bundan əlavə səfirlik yaxınlığında atəş səsləri də eşidilib.
Qeyd edək ki, Tripolidəki qarşıdurmalar avqustun 26-dan başlayıb. Qarşıdurmalarda 50 nəfər ölüb, 140 nəfər isə yaralanıb.
trend