Məmurlar uşağın qulağını kəsdi, vitse-prezident göstəriş verdi - Video
4 Sentyabr 2018 17:37 Dünyaİranda qulağı kəsilmiş məzlum uşağın video-görüntüləri böyük əks-səda doğurub.
Qulağının Şəhrdari Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən kəsildiyini bildirən uşağın görüntüsü sosial şəbəkədə ciddi müzakirə və hökumətə yönəli çağırışlarla müşayiət olunub.
Videodan xəbər tutan İranın birinci vitse-prezidenti İshaq Cahangiri isə ETTELAAT nazirinə məktub yazaraq, uşağın qulağını kəsən şəxs və ya şəxslərin kimliyinin təcili müəyyənləşdirilməsini və həbs edilərək, məhkəmə orqanlarına təhvil verilməsini tələb edib.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31