Aleynanın bir gündə beş milyon dinlənən mahnısı plagiat çıxdı

Ötən gün türkiyəli ifaçı Aleyna Tilki "Dipsiz kuyum" adlı mahnısını təqdim edib.

Klipi ilə mahnının fərqli tərzdə olması onun tənqid olunmasına səbəb olub. 

Lakin buna baxmayaraq, klip bir gün ərzində beş milyon dəfədən çox izlənilib.

Digər tərəfdən isə mahnının plagiat olduğu irəli sürülüb. Belə ki, bəstəsiEmrah Karadumana aid olan bəstənin 29 il öncə Bergenin ifa etdiyi, sözləriAhmet Selçuk İlhana, musiqisi Cengiz Tekinə aid olan "Yıllar affetmez" mahnısı ilə eyni olduğu ortaya çıxıb.

Cengiz Tekin "Mesam"a müraicət edərək mahnının araşdırılmasını tələb edib.

Qeyd edək ki, sözügedən mahnının 1997-ci ildə çıxan Ümit Besenin "Seni unutmaya ömrüm yetermi?" mahnısı və 1990-cı ildə işıq üzü görən Kurtuluş Türkgüvenin "Çokmu gördünüz?" mahnılarına da bənzərliyi iddia olunub.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31