Hindistanda körpü uçuldu - 5 ölü

Hindistanın Kəlküttə şəhərində körpü uçulub.

Yerli vaxtla saat 16.45-də körpünün dağılması nəticəsində ilkin olaraq 5 nəfərin ölməsi barədə bildirilib.

Dağıntılar altında ölənlərin, eləcə də hələ sağ qalanların olması ehtimal edilir. Bu səbədən ölü sayının artması istisna edilmir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım cəlb edilib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31