Dağıstanda yüksək vəzifəli məmur saxlanılıb

Dağıstanda "Kaspi" Federal Avtomobil Yolları İdarəsinin respublika filialının rəhbəri Məmmədrəsul Ömərov saxlanılıb.

Hazırda Məmmədrəsul Ömərov barəsində cinayət işinin açılması məsələsi müzakirə olunur və təşkilatın ofisində axtarışlar aparılır. "Kaspi"nin balansında dörd subyekt üzrə min kilometrdən çox federal avtomobil yolları var.

Dağıstan Respublikasında 2018-ci ilin fevral ayından başlayaraq Moskvadan gələn xüsusi komissiya fəaliyyət göstərir. Bu müddət ərzində regionda korrupsiya işi üzrə bir neçə yüksək vəzifəli məmur - sabiq baş nazir, onun iki müavini və təhsil naziri, həmçinin tibbi-sosial ekspertiza bürosunun rəhbəri, gömrük rəisinin müavini, Mahaçqala şəhərinin meri və baş memarı həbs edilib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31