Rusiyada "Google" şirkətinin seçkilərə müdaxilə edəcəyi ilə bağlı şübhələr yaranıb
4 Sentyabr 2018 14:53 DünyaRusiya Prokurorluğu, Mərkəzi Seçki Komissiyası, Rusiya Federal Rabitə, İT, Kütləvi Kommunikasiya Sahələrinin Nəzarəti Xidməti (RFRİTKK) "Google" şirkətinə bu ölkədəki seçkilərə müdaxilənin yolverilməz olması barədə xəbərdarlıq ediblər.
RFRİTTK-nin direktor müavini Vadim Subbotin onlarla ixtisaslaşmış "YouTube" kanalında Rusiya qanunlarını pozmağa dair kütləvi çağırışların olduğunu iddia edib.
Onun sözlərinə görə, "Google"yə müvafiq məktub göndərilib.
Rusiyanın MSK üzvü Aleksandr Klyukin həmin agentliyə bildirib ki, komissiya sözügedən şirkətə vahid səsvermə günü - 9 sentyabr ərəfəsində siyasi aksiyalara qoşulmaq haqqında çağırışlarla bağlı məktub göndərib.
Bununla yanaşı, Moskva Mərkəzi Dairə Prokurorluğu seçki qanunlarını pozmağın yolverilməz olması ilə bağlı xəbərdarlıq verib.
report